Bu qız “Top Model of Cyprus” yarışmasının qalibi oldu - FOTOLAR

  • By admin
  • 25 Oktyabr 2016 17:20

model4
Bu il ilk dəfə keçirilən “Top Model of Cyprus” (“Kiprin top-modeli”) yarışmasının qalibi bəlli olub.
Gununsesi.info Türkiyənin “Şok” qəzetinə istinadən verdiyi xəbər görə, Kipr-Girnedəki “Lords Palace” Otelində təşkil edilən bu yarışmaya – Şimali Kipr, Türkiyə, İngiltərə, İsveç, Almaniya, Fransa, Macarıstan, Rusiya və digər ölkələrin professional modelləri qatılıb.
Məlumata görə, Türkiyəni bu yarışmada model Gökçe Eygi təmsil edib. Birinciliyi də məhz Gökçe Eygi qazanıb. İkinciliyi Rumıniyadan Denise Gabrieia Hodisan, üçüncülüyü isə Litvada Vaida Azuolaityte əldə edib.
Gökçe Eygi dünya ulduzu model Adriana Limaya bənzədirlər.
Qeyd edək ki, yarışmanın münsiflər heyətində “Lords Palace” Otelinin idarə heyətinin üzvü Sönməz Aydoğan, stilist Muammer Kətançı, oyunçu Nuri Alço, iş adamı Talib Öztürk və məşhurların vəkili Rəhmi Özkan yer alıblar.

model8 model7 model6 model5  model3 model2 model1 model

Anar

Gununsesi.info