“Bu şəxslər vətəndaşlığı avtomatik itirir” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 19 Yanvar 2017 12:49

mubariz_qurbanoglu

“Xaricdə terrorla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş  hesab edilirlər”.

Gununsesi.info-nun xəbərinə görə,  bu haqda mətbuata açıqlamasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  belə deyib. 

Komitə sədri qeyd edib ki,  “Dini ekstremizm haqqında” qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Onun sözlərinə görə,  həmin şəxslər avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar: “Əgər bir adam öz ölkəsində deyil, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info