XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 22:11

Bu tərəvəzdən istifadə etsəniz, daha az xəstələnəcəksiniz

corabin_icine_bir_dilim_sogan_koyun_bakin_ne_oluyor_1478175789_1107

Bu gün hər birimiz bir qədər ağrıyan və ya xəstələnən zaman həkimə müraciət edirik. Çoxlu dərman, xüsusilə də ağrıkəsicilərdən istifadə edərik.

Lakin soğanın xüsusiyyətlərini bilsək, bizim üçün daha faydalı olar və daha az həkimə müraciət edərik.
1. Soğan suyu iltihaba təsir edən və onu aradan qaldıran təbii dərmanlardandır. Dəridə olan yanıqları aradan aparar. Bunun üçün bir soğan qabığını həmin yaranın üstünə qoymağınız kifayətdir. Sağalmasını tezləşdirər.
2. Soğan suyu, həmçinin, həşərat sancması zamanı qaşınmaları aradan qaldıra bilər. Bunun üçün də soğanın sulu qabığından götürüb həmin yerə qoymaq və sürtmək lazımdır.
3. Soğan daban çatlamasının yaxşılaşmasına yardım edə bilir. Bunun üçün soğan qabığını həmin yerə sürtün və üzərinə qoyun.
4. Soğan bədənin yüksək hərarətini aşağı salar. Əgər yüksək hərarətdən əziyyət çəkirsinizsə, soğan qabığını yatmazdan əvvəl ayağınızın altına qoyun. Bu işdə corabdan yardım ala bilərsiniz. Əgər belə etsəniz, həm bədən hərarətiniz aşağı düşər və həm də ayağınızın altında olan zəhərli maddələr xaric olar.
5. Əgər ürək bulanma halları ilə qarşılaşırsınızsa, soğan suyundan iki xörək qaşığı için ki, qaytarmanın qarşısını alar.
6. Əgər tükləriniz gec çıxırsa, saçlarınızı hər gün davamlı olaraq soğan suyu ilə masaj edə bilərsiniz. Çimməzdən əvvəl saçınızı masaj edin və sonra şampunla yuyun. Soğan saç tüklərinizi təhrik edəcək və saçlarınız tez çıxacaqdır.

Gununsesi.info




loading...
Loading...