Bülent Ersoy bu dəfə təyyarədə DAVA SALDI

  • By admin
  • 19 Yanvar 2018 14:46


İzmirdən İstanbula uçan müğənni Bülent Ersoy bu dəfə də təyyarədə dava salıb.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, ifaçı sərnişinlərdən birinin yanında oturmasını istəməyib.

“Yanımda heç kim oturmasın” deyə bağıran Bülentə “o zaman yanaşı oturacaqların biletini də alardınız” deyərək sakitləşdirməyə çalışıblar.

Lakin bu sözlər sənətçini daha da qəzəbləndirib. Təyyarə işçiləri Ersoyun yanında əyləşən sərnişini başqa yerə keçməyə razı saldıqdan sonra uçuşa başlayıblar.

Təyyarə 30 dəqiqə gecikmə ilə İstanbula yola düşüb.

Gununsesi.info