Bundan sonra metroda ödənişlər bilərziklə olacaq - FOTO

  • By admin
  • 17 Yanvar 2018 19:40

Moskvada bu gündən etibarən bilərzik formasında gediş kartları satışa çıxarılır.

Gununsesi.info xəbər verir ki, bilərzik kartlar iki cür – 20 və 40 gedişlik olacaq. Qiymətlərə gəlincə, “bilərziklər” müvafiq olaraq 897 rubl (təxminən 22 AZN) və 1644 rubl (təxminən 50 AZN) dəyərində satılacaq.

Bildirilir ki, silikon bilərziklər metropolitendə, eləcə də yerüstü nəqliyyatda istifadə oluna biləcək.

Qeyd olunur ki, bu cür bilərzik-kartlar birdəfəlik istifadə olunacaq, daha sonra onu suvenir kimi saxlamaq mümkün olacaq.

Gununsesi.info