Burada maşın yolları olduqca azdır – İNSANLARIN PİYADA GƏZMƏLİ OLDUĞU 8 ŞƏHƏR

  • By admin
  • 16 Fevral 2018 21:15

Dünyaca məşhur şəhərlər hər il milyonlarla turist qəbul edir. Tarix, incəsənət, əyləncə mərkəzləri ilə şöhrət tapmış bu yerlərin içərisində elələri var ki, orada maşın yollarına çox az rast gəlinir.

Gununsesi.info insanların daha çox piyada gəzməli olduğu 8 şəhəri təqdim edir.

Kopenhagen, Danimarka

Kopenhagen Avropanın ən az avtomobil olan şəhəridir. 1960-ci ildən bəri şəhərdə maşın yolları azaldılıb, piyadalar üçün nəzərdə tutulmuş ərazilər, velosiped yolları genişləndirilib.

 

Hamburq, Almaniya

Hamburqda avtomobil sayı Kopenhagendəki qədər az olmasa da, şəhər bələdiyyəsi xalqın rahatlığı üçün maşınların mərkəzdə hərəkətini mümkün qədər məhdudlaşdırır. Həmçinin burada yeni başlamış və gələcək 20 ili əhatə edən layihə çərçivəsində yeni parklar, velosiped yollarının artırılması nəzərdə tutulur.

 

Madrid, İspaniya

Madrid şəhərində küçələrin əksəriyyətinə avtomobillərin girişi qadağandır. Qaydanı pozanlar 100 dollar və daha artıq cərimə ödəmək məcburiyyətində qalır. Şəhər bələdiyyəsi önümüzdəki 5 il ərzində Madridin mərkəzi küçələrini bütünlüklə maşınlardan təmizləməyi planlaşdırır.

 

Paris, Fransa

İki il əvvəl Parisdə havanın yüksək dərəcədə çirkli olması səbəbindən avtomobillərin sayı azaldıldı. Hazırda havanın təmizlik dərəcəsi 30 faiz artıb. Eyni zamanda 2020-ci ilə qədər velosiped yollarının və piyadalar üçün nəzərdə tutulmuş ərazilərin genişləndirilməsi nəzərdə tutulur.

 

Helsinki, Finlandiya

Hesablamalara əsasən Finlandiyanın əhalisi 10 il ərzində artacaq, avtomobil sayı isə azaldılacaq. Yeni layihəyə görə şəhər mərkəzində yalnız ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək.

 

Çenqdu, Çin

Burada şəhər elə qurulub ki, piyada gəzərək hər 15 dəqiqədən bir restoran, kitabxana və s. yerlərə çatmaq mümkündür. Yolun yalnız bir hissəsində avtomobil idarə etməyə icazə verilir. Qalan yollar velosiped və piyadalar üçün nəzərdə tutulub.

 

Boqata, Kolumbiya

Burada velosiped və piyada yollarının əksəriyyəti 1950-ci illərdə salınıb. Hazırda velosiped yollarının uzunluğu 300 kilometrə çatır.

 

Milan, İtaliya

Milanda şəxsi avtomobili olduğu halda, ictimai nəqliyyatdan istifadə edənlərdən yol pulu alınmır. Nəticədə şəhərin sakitliyi təmin edilir. Milanda bütün avtomobillər xüsusi sistemdə qeydiyyatdadır və sürücü maşını park edərək pulsuz avtobus, yaxud qatar bileti ala bilir.

Gununsesi.info