Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

16 Sentyabr 2017 - 14:00

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər imtahan verdilər

dim-1

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün cari ilin buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirib.

DİM-dən Gununsesi.info-ya verilən məlumata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanlarda iştirak etmək üçün IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird sənəd verib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

Sentyabrın 17-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Gununsesi.info