Buraxılış imtahanlarının NƏTİCƏLƏRİ AÇIQLANDI

  • By admin
  • 19 Mart 2018 16:15

Martın 18-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, imtahan nəticələri bu gündən etibarən Mərkəzin rəsmi internet səhifəsində yerləşdirilib.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 3791 nəfərdən 101 nəfər imtahana gəlməyib, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

 

  Təhsilin səviyyəsi   Qiymət  Fənlər üzrə düzgün cavabların sayı
  Azərbaycan dili/rus dili   Riyaziyyat   Xarici dil/Kimya
 Tam orta  2 0-7 0-7 0-6
 3 8-17 8-16 7-16
 4 18-25 17-24 17-24
 5 26-30 25-30 25-30

 

 

Gununsesi.info