Cəbhədə lokal döyüşlər artmaqda davam edəcək - EKSPERT

  • By admin
  • 17 Yanvar 2017 12:58

ramil

“Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ermənilərin sülhə hazır olmaması ilə bağlıdır. Ermənilər 2016-cı ilin aprel döyüşlərindən sonra sülh masasına oturmağa meyilli idilər. Lakin Serj Sərkisyan xarici amillər və “Qarabağ klanı”nın gələcəyi onu bu addımı atmaqdan çəkindirdi”.

Bu haqda hərbi ekspert Ramil Məmmədli son zamanlar ermənilərin qoşunların təmas xəttibndə atəşkəsi tez-tez pozmasının səbəblərini Gununsesi.info-ya şərh edərkən belə deyib.

2016-cı ilin aprelində ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumlarını xatırladan ekspert bildirib ki, Ermənistan tərəfi cəbhədə baş verən döyüşlərdən sonra sülhə hazır olduqlarını bəyan etsələr də, sonradan fikirlərindən yayındılar: “Rusiya bu məsələdə aktiv şəkildə prosesə qoşulmuşdu. Lakin ötən müddət ərzində aparılan danışıqlar və sonradan Ermənistanın atdığı addımlar növbəti dəfə bu məsələdə düşmən ölkənin mövqeyini bəyan etdi. Hesab edirəm ki, son günlər gərginliyin artması da bu prosesin davamıdır. Ermənistan hakimiyyəti – prezident Serj Sərkisyan sülh danışıqlarından imtina etməklə və cəbhədə birtərəfli qaydada vəziyyəti gərginləşdirməklə, həm də özünü sığortalamağa çalışır”-, deyə o, bildirib.

Onun sözlərinə gərə, baş verənlər onu deməyə əsas verir ki, Sarkisyan 2017-ci ildə də işğal edilmiş rayonların geri qaytarılması fikrində deyil: “Məsuliyyəti öz üzərindən atmaq üçün isə o, gərginliyi artırmağa çalışacaq. Hakimiyyət erməni cəmiyyətinə sübut etməyə çalışır ki, siz, yəni Qarabağdakı ermənilər Azərbaycan tabeliyində yaşaya bilmərsiniz. Görünən odur ki, cəbhədə lokal döyüşlər artmaqda davam edəcək. Prosesin irimiqyaslı əməliyyatlar fazasına keçməsi isə inandırıcı görünmür. Buna qonşuluğunda irimiqyaslı müharibənin olmasını istəməyən Rusiya da imkan verməyəcək.Azərbaycan isə mövcud vəziyyətdən maksimum istifadə edərək, sülh və ya döyüş yolu ilə Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad edilməsinə çalışmalıdır” -, deyə Ramil Məmmədli əlavə edib.

Anar

Gununsesi.info