Çəkimiz niyə artır? - SINAQDAN KEÇMİŞ NƏTİCƏLƏR

  • By admin
  • 20 May 2017 11:40

artiq ceki

Stresli olanda əlimizə düşəni atışdırmaq uşaqlıqdan qalma vərdişdir.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi nəticəyə  görə, insanların sakitləşdirici olaraq yeməkləri seçim etməsi çox da təəccübləndirici deyil.

Mütəxəssislər bildiriblər ki, ta körpəlikdən uşaqlıq dövrünədək nə zaman özünüzü bədbəxt hiss etsəniz, kimsə sizi mütləq bir biskvit ya da şokoladla sakitləşdirməyə çalışıb. Buna görə də yeməklər və duyğularımız  ayrılmaz  cütlük kimidir.  Bunun yanında yeməklər beynimizin kimyasına da müsbət təsir edir, kiçik bir çeynəmə hərəkəti belə xoşbəxtlik hormonunuzu yüksəldir və özümüzü yaxşı hiss etməyimizi təmin edir.

Stress daim aclığa səbəb olur

Ekspertlər davamlı aclığın və stressin buna təsirini belə izah edirlər: “Kədərliykən ortaya çıxan stress, laqeydlik hissinə səbəb olaraq kökəlməyinizə səbəb ola bilər. Xroniki stress problemi olanlar isə, iş yerində sərhədləri zorlayar, digər ağrıları ön plana çəkər, hormonlarınızı yüksəldər və yağ depolamağınıza səbəb olar. Buna bağlı olaraq bədəninizdəki adrenalin artaraq qana qarışar, mədəaltı vəz insulin ifraz edər.

Atışdırmaq qısa müddət təsir edir

Yeməyin rahatlaşdırıcı təsirinin çox qısa davam etdiyini vurğulayan mütəxəssislər, bu davranışın aclıq hissini daha da gücləndirdiyini yazır. Bəs stresliykən yeməmək üçün nə etmək lazımdır? Bunun üçün yeməkdən əvvəl velosiped sürürərək stressinizi azaltmağa çalışın. Sonrasında özünüzü sevimli yeməyinizlə mükafatlandırın. Bu zaman  daha az yeyəcəksiniz. Səhər, günorta, axşam kimi ana paylarda yeməyinizi yeyin. Yemək ehtirası olanlar buna mane ola bilməz və həmişə yemək istəyər. Mütəxəssislərə görə, xüsusilə duyğusal və yeməyi sevən insanlar yaxınlarının dəstəyi və həyata sevgi  ümidləri artırılaraq bu vərdişlərini tərgidə bilər.

Pəhrizsiz arıqlamaq üçün əhəmiyyətli şərt

Bunun üçün ilk əvvəl adam niyə yediyini bilməlidir. Onu  həll etdikdən sonra pəhriz saxlamadan artıq çəkilərindən xilas ola bilərsiniz. Nə üçün acdığınıza əmin deyilsinizsə, o zaman  bu testə baxın:

  1. a) Ürəyiniz sıxılanda
  2. b) Əsəbləşəndə
  3. c) Xoşbəxt olanda
  4. d) Uzun müddət ac qalanda

Arıqlamaq üçün bu yollardan istifadə edə bilərsiniz

Əvvəl nə qədər tez-tez yemək yediyinizi və yediklərinizi bir həftəlik proqrama yazın. Daha sonra özünüzə həftəlik yemək proqramı hazırlayın.  Gəzmək, qaçmaq, məşq kimi fəaliyyətlərlə stressinizi azaldın. Yeməkdə nə yeyəcəyinizi planlaşdırın. Sadə və ləzzətli reseptkərdən istifadə edin. Alış-veriş siyahısını marketə getmədən əvvəl yazın və ona sadiq qalın.  Ürəyiniz sıxılanda çox yemək istəsəniz seçiminiz mövsümi tərəvəz və meyvələri olsun. Yeni hobbilər tapın. Bir çox adam boş zamanı çox olduğu üçün çox yeyirr. Məsələn, televizora baxanda yemək yeməyin. Xəyallarınızı gerçəyə çevirmək üçün çalışın. Kariyeranızda müvəffəqiyyətli olmanız sizin yemənizin qabağını alar.  Uğurlarınıza görə özünüzü yeməklə mükafatlandırmaq yerinə konsert ya da filmə bilet alın.  Pəhrizsiz arıqlamaq üçün kədərli şeyləri unudun, sakitləşməyi öyrənin.

Vəssalam…. Bu da həyatınızı gözəlləşdirəcək sınaqdan keçmiş nəticələr.

Gülnaz Qənbərli

Gununsesi.info