Cəlilabadda 19 yaşlı qız intihar edib

  • By admin
  • 13 Yanvar 2017 09:47

intihar

Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Gununsesi.info Reporta.az-a istinadən xəbər verir ki, Rayon Prokurorluğun verdiyi məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini 1998-ci il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.

Gununsesi.info