Cəlilabadda 35 yaşlı kişini maşın vurub

  • By admin
  • 15 Dekabr 2017 20:25

Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub. 

Gununsesi.info xəbər verir ki,  hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info