Cəlilabadda 4 otaqlı ev yanıb

  • By admin
  • 24 Avqust 2017 12:28

yanan-ev-yangin-yanqin-yangin

Cəlilabadın Privolnoye kəndində ümumi sahəsi 189 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, 4 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyalar 64 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info