Çantadan silah, ayaqqabıdan narkotik çıxdı - GÖMRÜKDƏ

  • By admin
  • 27 İyul 2017 14:34

BILESUVAR_GOMRUK
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib. Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar – 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə – tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info