Cavid Qurbanov: “Kişini çox incitməyək”

  • By admin
  • 19 Yanvar 2017 14:34

cavid_qurbanov

Millət vəkili Cavid Qurbanov deputat həmkarlarından fərqli olaraq, Azərbaycan aviasiyası, “AZAL”-la bağlı səslənən tənqidləri qəbul etməyib.

Gununsesi.info xəbər verir ki,  C. Qurbanov Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında deyib ki, bu gün Azərbaycanın gözəl hava limanı var:

“Hesab edirəm ki, AZAL-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi çoxdur. Biz yavaş –yavaş onlara çatacağıq. Ona görə də kişini (söhbət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov nəzərdə tutulur) çox incitməyək”.

Kamil HƏMZƏOĞLU
Gununsesi.info