Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

19 Oktyabr 2017 - 16:00

Çavuşoğludan AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləyən deputatla bağlı açıqlama- "BU, ÇOX SƏHV ADDIMDIR"

movlud-cavushoglu

“Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik”.

Gununsesi.info-nun məlumatına görə, bunu report-un Türkiyə bürosuna açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib.

M.Çavuşoğlu deyib ki, AŞPA-da bu cür hadisələr əvvəllər də olub. XİN başçısı vurğulayıb ki, bu qurumda müəyyən siyasi qruplar var və onların təzyiqi ilə belə addımlar atılır: “Ancaq bunlar milli məsələlərdir. Türkiyənin məsələsində olduğu kimi, Azərbaycanın məsələsinə də eyni həssaslığı göstərməyimiz vacibdir. Ona görə də bu məsələyə siyasi mövqe və ideologiyadan doğan bir mövqe kimi baxa bilmərik. “Mənim AŞPA-dakı təmsilçilərim belə istəyir, mən də elə səs verəcəyəm” düşüncəsi ilə hərəkət etmək doğru deyil. Əgər iki qardaş ölkə arasında hansısa bir problem varsa, bunu öz aramızda danışıb, həll etməliyik. Hər halda kənarda Azərbaycanın düşmənləri ilə bir yerdə hərəkət edə bilmərik. Bu, çox səhv addımdır, bunu qəbul edə bilmərik və kəskin şəkildə qınayırıq. Biz Azərbaycana qarşı olan hər kəsi qınayırıq. Bu, belə olub və bundan sonra da belə olacaq”.

Gununsesi.info





loading...