Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

12 Oktyabr 2017 - 20:21

Çaylarda çirklənmənin səviyyəsi artıb

River_181108

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayında növbəti monitorinq həyata keçirib.

Gununsesi.info xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 70.7 m3/san artaraq 147 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə , I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7.1-8 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Gununsesi.info





loading...