Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək - BU GÜN

  • By admin
  • 17 Avqust 2017 09:18

15028660936344910127_1000x669

Bu gün futbol üzrə Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək. 

Gununsesi.info-nun məlumatına görə, qitənin fərqli ölkələrində ümumilikdə 21 matç baş tutacaq.

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Ukrayna “Aleksandriya”sı Belarusda BATE-nin qonağı olacaq. Türkiyə təmsilçisi “Fənərbağça” isə Makedoniyada “Vardar”la üz-üzə gələcək.

Həmçinin “Ayaks” – “Rusenborq”, “Milan” – “Şkendiya” və “Panatinaikos” – “Atletik” qarşılaşmaları da maraq kəsb edir.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri – “Zirə” və “İnter” II təsnifat mərhələsində, “Qəbələ” isə III raundda mübarizəni dayandırıb.

Avropa Liqası

“Pley-off” mərhələsi, ilk oyunlar

17 avqust

21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Skenderbeu” (Albaniya)

21:00. “BATE” (Belarus) – “Aleksandriya” (Ukrayna)

21:00. “Apollon” (Kipr) – “Midtyulland” (Danimarka)

21:00. “Krasnodar” (Rusiya) – “Srvena Zvezda” (Serbiya)

21:45. “Hafnarfyordur” (İslandiya) – “Braqa” (Portuqaliya)

22:00. PAOK (Yunanıstan) – “Ostersun” (İsveç)

22:00. “Vardar” (Makedoniya) – “Fənərbağça” (Türkiyə)

22:15. “Viktoriya” (Çexiya) – AEK (Kipr)

22:30. “Lüdoqorets” (Bolqarıstan) – “Suduva” (Litva)

22:30. “Altax” (Avstriya) – “Makkabi” (Təl-Əviv, İsrail)

22:30. “Panatinaikos” (Yunanıstan) – “Atletik” (İspaniya)

22:45. “Legiya” (Polşa) – “Şerif” (Moldova)

22:45. “Domjale” (Sloveniya) – “Marsel” (Fransa)

22:45. “Ayaks” (Hollandiya) – “Rusenborq” (Norveç)

22:45. “Vitorul” (Rumıniya) – “Zalsburq” (Avstriya)

22:45. “Brügge” (Belçika) – AEK (Yunanıstan)

22:45. “Osiyek” (Xorvatiya) – “Austriya” (Avstriya)

22:45. “Milan” (İtaliya) – “Şkendiya” (Makedoniya)

23:00. “Partizan” (Serbiya) – “Videoton” (Macarıstan)

23:05. “Everton” (İngiltərə) – “Hayduk” (Xorvatiya)

23:30. “Maritimu” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

16 avqust

20:00. “Utrext” (Hollandiya) – “Zenit” (Rusiya) – 1:0

Qol: Zakariya Labyad, 77

Gununsesi.info