Çexiya şirkəti Azərbaycanda yük maşını istehsal edəcək

  • By admin
  • 20 Fevral 2018 21:22


Çexiyanın “Tatra” yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka məlumat verib.

O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan “Tatra” yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi.

Gununsesi.info