Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

16 Oktyabr 2017 - 21:10

Ceyms Uorlik Bakı Şoppinq Festivalını yüksək qiymətləndirib

trend_james_warlick_main

Bakı Şopinq Festivalı çox möhtəşəm bir tədbirdir.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) festival barədə fikirlərini bölüşən ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan keçmiş həmsədri Ceyms Uorlik deyib.

Bakıda olmadığı üçün festivala qatıla bilmədiyindən təəssüflənən diplomat növbəti festivallarda mütləq iştirak edəcəyini, maraqlı sürpriz və sərfəli endirimlərdən yararlanacağını bildirib.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Gununsesi.info





loading...