Cocuq Mərcanlıda 1050 ədəd qəlpə aşkar edildi

  • By admin
  • 24 Fevral 2017 20:23

mercanli4

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları zamanı 10 gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 1 050 ədəd qəlpə aşkar edilib.

Bu barədə Axar.az-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 90 600 kv.m ərazi (62 500 kv.m ərazi əl ilə, 12 500 kv.m ərazi mexaniki üsulla və 15 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. İyirmi bir gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 67 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilmiş, 539 059 kv.m ərazi (266 109 kv.m ərazi əl ilə, 121 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 38 150 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən bu il yanvarın 1-dən fevralın 24-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 71 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 569 153 kv.m ərazi (296 203 kv.m ərazi əl ilə, 121 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 38 150 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Gununsesi.info