CXP-dən qafaları qarışdıracaq təklif: “ HAKİMİYYƏT PYD İLƏ DİALOQA GETSİN”

  • By admin
  • 29 May 2017 20:17

ozturk-yilmazdan-sur-1b07f90eccb83bc9ed80

CXP-dən, daha doğrusu, adıçəkilən partiyadan Ardahan millət vəkili olan-genel başqan yardımçısı Öztürk Yılmaz Türkiyə cəmiyyətində rezonansa səbəb olacaq və qafaları qarışdıracaq bir təkliflə çıxış edib.

Gununsesi.info-nun Türkiyə medaiasına istinadən xəbərinə görə, belə ki, millət vəkili terrorçu PKK-nın Suriya uzantısı olan terrorçu PYD (YPG) ilə hakimiyyətin dialoqa getməsini təklif edib.

O, bunu AKP iqtidarının uzun müddətdir “İraq Kürdüstanı”nın lideri Məsud Bərzani ilə dialoq içində olması səbəbilə izah edib.

CXP rəsmisi ancaq PYD-nin PKK ilə arasına bir məsafə qoymasını da istəyib.

“Hesab edirəm ki, əgər PYD PKK ilə arasına bir məsafə qoyarsa, Türkiyəyə qarşı hər hansı fəaliyyətdə, xüsusilə, terror fəaliyyətində olmadığını və olmayacağını bəyan edərsə, o zaman problemləri çözmək məqsədilə Türkiyə hakimiyyəti ilə PYD arasında dialoq qurula bilər”-deyə, Ö. Yılmaz daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info