Dəhşətli qəza: Təyyarə evə çırpıldı

  • By admin
  • 25 Mart 2017 16:20

 qeza_teyyare

 

ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə yaşayış evinə çırpılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Foks Nyus” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə təyyarənin havaya qalxdığı Kobb Kaunti aeroportundan 2,5 kilometr aralıda baş verib. Qəza zamanı təyyarənin pilotu həlak olub.

Hadisə baş verən anda təyyarənin çırpıldığı evin sakinləri kilsədə olublar. Qəzanın dəqiq səbəbləri məlum deyil.

 

Gununsesi.info