Dələduzları cəzalandırın - CƏBRAYIL KÖÇKÜNÜNDƏN PREZİDENTƏ MÜRACİƏT

  • By admin
  • 17 Fevral 2017 15:07

bina

Mənzil tikintisiylə məşğul olan dələduzlar müştərilərinə özlərinə sərf edən müqavilələlərə imzalatsalar da, sonun da bu müqavilələrdə özləri tərəfindən təsbit edilmiş müddəalara qətiyyən əməl etmirlər.

Gununsesi.info vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edən Cəbrayı rayonundan məcburi köçkün düşmüş, hazırda Bakının Nizami rayonu, Ə. Hacıyev küçəsi,40, mənzil 29-da məskunlaşan 1940-cı il doğumlu Əliyeva İtizar Muxtar qızının da şikayəti belə dələduzlardandır.

Müraciətdə deyilir:

“Hörmətli, cənab Prezident! Mən Əliyeva İntizar Muxtar qızı Cəbrayıl rayondan məcburi köçkün düşmüşəm. Böyük oğlum Xudiyev Telman Teymur oğlu 1986-cı ildən Bakı şəhərində Nizami rayonu Ə. Hacıyev küçəsi 40 ünvanında yerləşən yataqxanada 29 saylı otaqda yaşayıb. Rayonumuz 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra mən və ailəmin digər üzvləri də həmin mənzilə köçdük. O vaxtdan buraya qeydiyyata düşərək, yaşamağa başladıq. 2014-cü ildə həmin binada yaşayan digər sakinlərə və mənə “Rahatlığın Məkanı” MMC adlı şirkət sözügedən yataqxanada məskunlaşmış köçkünlərə müraciət edərək ərizədə ev tikmək barədə onlara sərəncam verildiyini, bizim binanın yerinə də yeni ev tikəcəklərini, eyni zamanda bunun üçün də bizə daha yaxşı mənzil verəcəklərini bildirdilər. Beləliklə, biz 06 noyabr 2014-cü il tarixdə sözügedən şirkətlə müqavilə bağladıq. Həmin müqaviləyə əsasən, “Rahatlığın Məkanı” MMC məndən aldığı mənzilin əvəzində 3 otaqlı 121.33 kv.m. 8 saylı mənzil verməyi öz öhtəsinə götürdü.

Cənab İlham Əliyev!

Müqavilənin 3.9-cu maddəsinə əsasən, binanın 10-cu mərtəbəsi tikildikdən sonra mənzilimi istədiyim şəxsə sata bilərəm. 3.10-cu maddəsinə əsasən, bu zaman yalnız 2000 manat ödəməliyəm. Lakin hazırda bina çoxdan hazır olsa da, “Rahatlığın Məkanı” MMC şirkətinin rəhbərliyi mənə mənzili başqa şəxsə satmağa, alqı-satqı etməyə icazə vermir. Sözügedən şirkət bunun üçün məndən 2000 AZN (iki min manat) manat rüşvət istəyir. Lakin tələb edilən məbləğdə rüşvəti vermək iqtidarinda deyilik. Bu özbaşnalıq, qanunsuzluqdur.

Cənab Prezident!

Pul bu adamların gözünü oqədər örtüb ki, nəinki müqaviləni, hətta həmişə qaçqınlara xususi qayğı göstərmiş və göstərən Ulu Öndər Heydər Əliyevi, Prezident İlham Əliyevi də saymırlar. Bu haqda onlara xatırladanda isə, “burada prezident bizik, hara istəyirsiniz gedin şikayət edin” deyirlər. Siz dövlət başçısı kimi hər zaman vətəndaşların, eləcə də qaçqın və məcburi köçkün düşmüş şəxslərin həyat səviyyələrini və rifahını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Hazırda nəinki Azərbaycanda, eləcə də bütün dünyada iqtisadi çətinliklərin artdığı bir vaxtda “Rahatlığın Məkanı” MMC şirkətinin sahibləri kimi qoluzorba, vicdansız şəxslər bizim həyat səviyyəmizi yaxşılaşdırmaq istiqamətindəki səylərimizi məhdudlaşdırırlar. Odur ki, bu şəxslərin barəsində tədbir görülməsini ağbirçək ana kimi sizdən xahiş edirəm”.

Gülnaz Qənbərli

Gununsesi.info