Dələduzluqla üzləşdiyi üçün intihara cəhd etdi…

  • By admin
  • 28 Aprel 2017 10:07

post_polis

Bakıda intihara cəhd olub.

Gununsesi.info bildirir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Polisdən verilən məlumata görə, E. Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.

Gununsesi.info