Dənizdə batan 2 nəfər xilas edildi

  • By admin
  • 21 İyul 2017 20:21

batmaq

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb. Əməliyyat saat 19:11-də başa çatıb.

Gununsesi.info