Dənizdə batan daha 4 nəfər xilas edilib

  • By admin
  • 18 Avqust 2017 17:34

deniz

Sabunçuda dənizdə batan daha 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 16:00-da başa çatıb.

Gununsesi.info