XƏBƏR LENTİ

15 Dekabr 2017

23 Noyabr 2017 - 23:18

Dağıstanda iki nəfərin ölümü ilə nəticələnən atışmanın səbəbi açıqlanıb


Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, – deyə mənbə bildirib.

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.

Gununsesi.info