Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub, ölənlər var

  • By admin
  • 23 Noyabr 2017 21:41


Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.

Gununsesi.info