“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daim Rusiya XİN-in diqqət mərkəzindədir” - MARİYA ZAXAROVA

  • By admin
  • 22 İyun 2017 12:54

mariya_zaxarova

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Həmsədrlərin bəyanatında o cümlədən Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub”, – deyə o vurğulayıb.

Bununla yanaşı M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir.

Diplomat onu da vurğulayıb ki, Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb.

Gununsesi.info