Daha 3 siyasətçiyə namizədlik vəsiqəsi verildi

  • By admin
  • 19 Mart 2018 16:01

Bu gün daha üç şəxsə prezidentliyə namizədlik vəsiqəsi təqdim edilib.

Gununsesi.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevə namizədlik vəsiqələrini təqdim edib.

Bundan əvvəl isə namizədlik vəsiqələri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə təqdim edilib.

Gununsesi.info