Daşkəsəndə 20 günlük körpəsini və 5-ci arvadını öldürən şəxs tutulub

  • By admin
  • 21 İyun 2017 17:00

hebs

Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki,  hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

İlkin ehtimala görə, R. Ələkbərov qətli törədən zaman içkili olub. Onların yaşadığı evdə spirtli içki butulkaları aşkarlanıb.

Hadisə barədə kənd sakinlərinə qətlə yetirilən qadının ilk nikahından olan 5 yaşlı qızı məlumat verib.

R. Ələkbərovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı, bir neçə dəfə nikahda olduğu, məhkumluqların ailə münaqişələri ilə bağlı olduğu deyilir. Onun birinci nikahından nəvəsinin də olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info