Daxili İşlər Nazirliyinə yeni SƏLAHİYYƏT VERİLDİ

  • By admin
  • 23 Sentyabr 2017 10:04

daxili-ishler-nazirliyi-1

Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib. 

Gununsesi.info-nun apa-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

Gununsesi.info