Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

11 Dekabr 2017 - 12:54

Daxili orqanında iki bağlama narkotik gətirən kişi tutuldu
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb. 
Gununsesi.info Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi saytına istinadən xəbər verir ki, onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 36,068 qram narkotik vasitə – heroin və 97 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkar olunan 97 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,88 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info