Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

19 Oktyabr 2017 - 14:54

“Demokratiyadan dəm vuran ölkələr Azərbaycana təzyiq edərək, öz maraqlarını təmin etmək istəyir”- TAHİR KƏRİMLİ

tahir1

Son dövrlərdə Azərbaycana qarşı artan təzyiqlər qaşıda gələn prezident seçkiləri ilə əlaqədardır.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycanda prezident üsul-idarəsi olduğundan və ölkənin siyasi kursunun müəyyənləşməsində prezident əsas rol oynadığından ölkəmizə təzyiqlər artıb.

“Elə gəlin götürək ABŞ Konqresindəki Kristofer Smitin təşəbbüsü ilə Helsinki komissiyasının dinləmələrini. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib yüz minlərlə insanı öz yurdundan didərgin etdiyi halda, konqresmen Kristofer Smit Azərbaycanı Ermənistanı blokadada saxlamaqda ittiham edir. Bu nə dərəcədə məntiqə uyğun bir  mövqedir. Hesab edirəm ki, amerikalı konqresmenin belə bir yanaşması ABŞ dövlətinin özünə ləkədir. Nə qədər qeyri-obyektiv və məkrli olsasan ki, belə bir mövqe sərgiləyəsən?! Qarabağ münaqişəsinin başladığı ilk illərdə belə bir mövqeni analamaq olardı. O zaman çoxları Azərbaycanın xəritədə harada olması barədə məlumatsız idilər. Ancaq ermənilərin informasiyasına əsaslanaraq danışırdılar. Bəs indi… İndi ki, Azərbaycan haqqında lazımi məlumata malikdirlər. ABŞ hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, konqresmenin belə yanaşması anlaşılan deyil”- deyə, T.Kərimli vurğulayıb.

T.Kərimli onu da bildirib ki, İran, Rusiya, ABŞ və digər Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu demirlər: “Bir sıra dünya dövlətlərinin belə yanaşması çox maraqlıdır və buna diqqət yetirmək lazımdır. Yəni bu dövlətlər Azərbaycanın tərkibində Dağlıq Qarabağın bir suveren subyekt olaraq konfederativ bir ölkə niyyəti kimi başa düşmək lazımdır. Bu onların məkrli planlarından xəbər verir”.

Deputat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, Qərblə Şərq arasında logistik bir ölkəyə çevrilməsi istiqamətində həyata keçirdiyi  regionlararası iri layihələr həyata keçirməsinə, AŞ-yə üzv olarkən xeyli güzəşət getməsinə baxmayaraq ölkəmizə qarşı belə haqsız mövqe sərgilməsini heç cür anlamaq olmur: “Hətta Azərbaycan müsəlmən ölkəsi olaraq ölüm hökmünü ləğv etdi. Hansı ki, İslamda şəriətə əsasən  ölüm hökmü var. Bax belə olan halda adam bu düşmən mövqelərin haradan qaynaqlandığını anlaya bilmir”.

O əlavə edib ki, Azərbaycanda haradasa bir nəfərin hüquqları pozulur deyibən, onu küncə sıxıb, onun torpaqlarının işğal altında qalmasına şərait yaratmaq lazımdırmı?! “Bir daha bəyan edirəm ki, demokratiyadan dəm vuran ölkələr əslində bu yolla Azərbaycana təzyiq edərək, öz maraqlarını təmin etmək, nəsə qopartmaq istəyir. Hətta maliyyə imkanlarını artırmağa çalışırlar. Ona görə də demək istərdim ki, Azərbaycana qarşı belə təzyiqlər olub və bundan sonra da olacaq. Odur ki, Azərbaycana qarşı olacaq bu təzyiqlərin qarşısını alamaq üçün cəmiyyət olaraq bir olub, ölkə başçısı İlham Əliyevin ətrafında birləşməliyik. Biz  bütün umu-küsüləri bir kənara buraxaraq dövlət başçısının ətrafında birləşib sabitliyi qorumaqla bu təzyiqlərə sinə gərə bilərik. Bu gün Azərbaycanda sabitliyi İlham Əliyevdən başqa, istər iqtidardan, istərsə də müxalifətdən olsun, heç kim təmin edə bilməz”- T.Kərimli qeyd edib.

Mürtəza

Gununsesi.info





loading...