Depozit hərracında faizlər endirildi

  • By admin
  • 19 Mart 2018 11:03

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün keçiriləcək hibrid depozit hərracında 240 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 10 gün təşkil edir, faiz dərəcəsi 8,01% – 12,99%- dir.

Gununsesi.info