Deputat Avaş kənd həkim məntəqəsinin açılışına qatıldı - FOTO

  • By admin
  • 18 Fevral 2017 10:28

musa-tibb

 Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yardımlı rayonunun Avaş kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olub.

Gununsesi.info xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, KİV-nin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov və kənd ağsaqqalları sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Yardımlıda böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bunun üçün ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda və kəndlərində gedən tikinti-abadlıq işlərinini geniş vesət almasından danışıblar.

Tədbir iştiakçıları rəmzi olan lenti kəsərək həkim məntəqəsinin açılışını edib və otaqlarda yaradılmış şəraitlə tanış olub.

Gununsesi.info