Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

22 Noyabr 2017 - 13:52

Deputat “Azəristiliktəchizat” ASC-ni bacarıqsızlıqda ittiham etdi- İŞİNİ GÖRƏ BİLMİRSƏ, ÖZƏLLƏŞDİRİLMƏLİDİR

Millət vəkili Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib.  

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir: “Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər”.

Millət vəkili “Azəristilik” ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib. O bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: “Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın”.

Gununses.info