Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

08 Noyabr 2017 - 21:58

Deputat həkimlərin müdafiəsinə qalxdı- VƏZİYYƏTLƏRİ ÇOX ACINACAQLIDIR

Milli Məclisin son komitə  iclaslarında növbəti ilin büdcə sənədinin müzakirəsi hələ də gündəm olaraq qalır. Qeyd edək ki, parlamentarilər büdcə müzakirələrində öz maaşlarından tutmuş, bir çox kateqoriyalı vətəndaşların sosial təminatı ilə bağlı təkliflər irəli sürüb.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Elmira Axundova tibb işçilərinin ağır durumuna diqqəti yönəldib. O, xatırladıb ki, ooliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır: “Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr cəmi 250-300 manat alacaqlar”.

Millət vəkilinin sözlərinə görə, bu, çox acınacaqlı bir haldır.





loading...