Deputat seks skandalına görə mandatından imtina etdi - FOTO

  • By admin
  • 06 Dekabr 2017 15:18

ABŞ Konqresinin 88 yaşlı üzvü Koners seks skandalına görə manadatından imtina etməli olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 88 yaşlı demokrat Koners 1964-cü ildən etibarən Konqresin aşağı palatasında Miçiqan ştatını təmsil edib.

Koners Konqres üzvlüyündən istefasının səbəbini səhhətindəki problemlərlə izah edib.

Noyabrın sonunda Koners Konqresdəki Hüquq komitəsindəki vəzifəsindən imtina edən kimi, bir neçə qadın onu xanımları yoldan çıxarmaqda ittiham etməyə başladı. Araşdırma nəticəsində bəlli olub ki, Koners həmin qadınlardan birinə məsələni sülh yolu ilə tənzimləmək məqsədi ilə 27 min dollar verib.

Bu skandal məlumatlardan sonra Koners stressdən xəstəxanaya düşüb. Nəticədə o, istefa vermək zorunda qalıb. İstefasını isə səhhətindəki problemlərlə izah edib.

Bununla belə, o 2018-ci ildə keçiriləcək seçkilərdə seçiciləri oğlu Con Konersə səs verməyə çağırdı.

Gununsesi.info