Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Dekabr 2017 - 14:16

Deputatdan əhaliyə bəd xəbər- "METRODA GEDİŞ HAQQI BAHALAŞACAQ"

Qarşıdan gələn 2018-ci ildə Bakıda ictimai nəqliyyatda gediş haqqılar artacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ictimayətdə şaiyə yayılıb. Eyni zamanda sosial şəbəkələrdə bu barədə yazılır. Həmçinin avtobus sürücüləri arasında yol puluların qalxacağı barədə fikirlər səsləndirilir.

Ekspertlər də Bakıda gediş haqqıların bahalaşacağı istisna etmirlər. İqtisadçı ekspert Samir Əliyev “ölkə.az”a açıqlamasında bildirib ki, şəhərdə nəqliyyat qiymətlərinin artması gözlənilən haldır. Onun sözlərinə görə, əgər yanacaq bahalaşarsa, sərnişin daşımada da xidmət haqqı artacaq.

“Bakıda nəqliyyatın qiymətinin qalxacağı gözlənilən haldır. Düşünürəm ki, bu zaman məsələsidir. Əgər ölkədə yanacaq, əsasən də dizel bahalaşacaqsa, o zaman nəqliyyatda gedişhaqqılar artırılacaq. Ümumi iqtisadi prosesləri nəzərdən keçirtsək, nəqliyyatda gediş haqqıların bahalaşacağı an məsələsi ola bilər”, – deyə S.Əliyev bildirib.

Millət vəkli, iqtisadçı Vahid Əhmədov da “ölkə.az”a açıqlamasında bildirib ki, avtobuslarda gediş haqqı artımı real fikir deyil. Lakin ekspert istisna etmir ki, metroda gediş haqqı bahalaşacaq.

“Bakıda ictimai nəqliyyatda gediş haqqılarının bahalaşacağına inanmıram. Lakin ola bilər ki, Bakı metrosunda qiymət artımı olsun”, – deyə millət vəkili bildirib.

Metroda gediş haqqının artması barədə isə BakıMetropolitenində heç bir məlumat yoxdur. Bu barədə qurumun mətbuat xidmətinn rəhbəri Nəsimi Paşayev “ölkə.az”a bildirib. Onun sözlərinə görə, bu barədə Tariş Şurasına müraciət də edilməyib.

Məsələ ilə əlaqədar Tarif Şurası ilə əlaqə saxladıq. Qurumdan isə bildirdilər ki, hələlik Bakıda nəqliyyat və metronun qiymətinin artacağı ilə bağlı müzakirələr aparılmır.

“Ölkədə nəqliyyat vasitələrində və Bakı metrosunda gediş haqqıların bahalıaşması ilə bağlı heç bir müzakirələr aparılmayıb. Nə Bakı Metropoliteni, nə də şəhər nəqliyyat agentliyi tərəfindən bununla bağlı müraciət daxdil olmayıb”, – deyə açıqlamada bildirilib.

Gununsesi.info