Deputatdan nazirə sərt reaksiya: “Torpaqlarımızı işğal edən Lavrovun təmsil etdiyi dövlətdir”

  • By admin
  • 18 Yanvar 2017 16:30
elman
Rusiyanın xarici işlər naziri Sergey Lavrovbelə bu bəyanatı səsləndirməklə, bir daha işğalçı imperiyanın siyasətini ortaya qoydu.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Rusiya XİN başçısının  Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikrə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Lavrov bir dah öz fikirləri ilə təsdiq etdi ki, 250-300 il ərzində Azərbaycanın tarixi torpaqlarını mərhələli qaydada işğal edərək, onun ərazisində erməni dövləti yaradıb. “Rusiya bu siyasətini bir zamanlar Çar Rusiyası, sonra  onun davamçısı olan sovet imperiyası və onun ardınca da növbəti davamçısı olan Rusiya imperiyası tərəfindən həyata keçirərək, işğal etdiyi Azərbaycan torpaqlarını ermənilərə  hədiyyə edərək, onlara bu torpaqlarda  dövlət yaradıb. Və onlara  hər zaman havadarlıq ediblər və bu siyasət  bu gün də davam edir. Azərbaycan torpaqlarının işğal olunaraq ermənilərə verilməsinin əsas səbəbkarı elə həmən Lavrovun təmisl etdiyi dövlətdir”- deyə, millət vəkili vurğulayıb.
E.Məmmədov əlavə edib ki, bu gün Dağlıq Qarabağ və onun ətrafındakı rayonların da işğal olunmasında Rusiyanın müstəsna rolu var.
Millət vəkili deyib ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını dilə gətirib. “Ondan soruşuram, bəs kimin işidir?! İndi Lavrova  belə bir sulla müraciət edirəm ki, əgər sənin təmsil etdiyin ölkənin daxilində yaşayan xeyli sayda milli azlıqlar və muxtariyyətlə ayağa qalxıb öz müstəqilliyini tələb edərlərsə, onda biz də,  sizə,  bu sizin daxili işiniz deyil, deyə bilərikmi?! Ən azından belə bir təhlükə Rusiyanın 20-30 əyalətində baş qaldıra bilər. Burada da demək olar ki, kimlərlərləsə hesablaşamaq lazımdır və onlar düz edirlər?! Yəni, onu demək istəyirəm ki, Lavrov çox məntiqsiz və səhv fikir səsləndirib”- deyə, o, vurğulayıb.
Millət vəkili bildirib ki, Lavrov bununla ermənilərə Moskva sizinlədir mesaj verib: “Biz işğalçının yanındayıq. Biz onları hər zaman qorumuşuq və işğala ilham veririk. Onları arxayın edirik ki, Azərbaycan sizə toxuna bilməz. Toxunsa, biz sizin yanınızda olacağıq”.
E. Məmmədov deyib ki, Lavrov və onun kimilər Azərbaycanı təhrik edirlər ki, güc yolu ilə torpaqlarını işğaldan azad etsin: “Biz mühatibədən qorxmruq. Ancaq biz istəyirik müharibə olmasın. Lavrovun təmsil etdiyi dövlət ATƏT MQ-nin həmsədr ölkəsi kimi,   bu konflikti yaradan digər həmsədr ölkələr, o cümlədən   beynlxalq təşkilatlar bu münaqişəsinin sülh yolu ilə həllinə nail olsunlar.  Ancaq onlar bir fikri var  və onu da tutuquşu   kimi hər dəfə  təkrar edirlər ki, problemin müharibə və güc yolu ilə həlli yoxdur. Azərbaycan tərəfinin ünmayəndəsi  və vətəndaşı kimi Lavrov kimlərin fikrinə əksinə olaraq deyirəm  ki, bu problemin  sülh yolu ilə həlli yoxdur. Məsələni Azərbaycan əsgəri həll edəcək və işğala son qoyacaq. Biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik və işğaldan azad edəcəyik”.
Millət vəkili sonda onu bildirib ki, Dağlıq Qarabağ Azərbaycanən ərazisidir və bütün məsələlər onun daxili işidir: “İstədiyi addımı ata bilər”.
Mürtəza Bünyadlı
Gununsesi.info