Deputatın qlobal ərzaq təhlükəsizliyindən bəhs edən kitabının təqdimatı olacaq – ROMADA

  • By admin
  • 19 Oktyabr 2017 12:04

elda`r_quliyevDSC_0720

Noyabrın 11-də İtaliyanın paytaxtı Romada Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, tədbirdə Vatikanın Bonifasiana Akademiyasının nümayəndələri tərəfindən professor Eldar Quliyevə bu akademiyanın həqiqi üzvü (akademik) diplomu təqdim ediləcək. Həmçinin BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) nümayəndəsi Azərbaycan Kooperasiya Universitetinin rektoruna “İlin kitabı” beynəlxalq mükafatını təqdim edəcək.

Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı bu yaxınlarda BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb. Kitab Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilib.

KAMİL

Gununsesi.info