Deputatın ürəyi ağrıdı: - "BÜDCƏDƏN 10 MİLYARD VƏSAİT TALAN OLUNUB"

  • By admin
  • 02 Dekabr 2016 12:56

qudret

“Mən bu ilki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. “Mən bu ilki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb”.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev belə deyib. Deputat xatırladıb ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi deputat həmkarları daim Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb: “Amma bizə deyirdilər ki, hər şey əladır, gözlədir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Pribaltika ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”.

Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: “Pensiyalar və əməkhaqqlar ən azı iki dəfə artırmaq lazımdır. Ön xəttəki hərbçilərin maaşını da artırmalıyıq”.

O, həmçinin bildirib ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: “Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”. Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: “Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin ediməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”.

Deputat ardınca “dövlət qurumlarını 30 fazi ixtisar etmək lazımdır ki, məmurlar normal maaş alsınlar”-deyə, əlavə edib.

Q.Həsənquliyev maliyyə nazirinə müraciət edib: “Samir müəllim, sizə təşəkkür edirəm, gec də olsa, Beynəlxalq Bankdakı talanın qarşısının alınmasında xidmətiniz olub. Bu ilki dövlət büdcəsindən artıq, 10 milyard vəsait talan olunub”. Deputat sahibkarlığa dəstək verilməməsinə də etiraz edib: “Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”.

Deputat xaricdəki vəsaitləri ölkəyə gətirməyə çağırdı: “Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə, 4 faizlə veririk. Amma Azərbaycan Dəmir Yolları kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın və vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah Cavid Qurbanov gedib dəmir yolu üçün kredit götürsə, ən azı 7 fazilə alacaq”.

Deputat ardınca iri şirkətləri özəlləşdirməyə çağırdı: “Azərsu”, “Azəriqaz”, “Azəişıq” özəlləşdirilməsə, vəziyyət dəyişməyəcək”.

Mürtəza

Gununsesi.info