Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

17 Noyabr 2017 - 13:48

Deputatlar güc nazirlərini parlamentə çağırdı- HESABAT VERMƏLİDİRLƏR

Təhlükəsizlik orqanlarında və orduda baş verən hadisələrlə bağlı məsələlər Milli Məclisdə vaxtında müzakirə olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkiili Fazil Mustafa Milli Məclisin plenar iclasında “Prokurorluq haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, son 3-4 ildə təhlükəsizlik orqanlarında və orduda casus şəbəkəsi ilə bağlı məsələlər ortaya çıxıb: “Baxmayaraq ki, bu barədə bizlərdə qeyri-rəsmi formada məlumatlar olduğundan bununla bağlı hansısa formada problemi qaldıra bilmirik. Ancaq vaxtında həmin qurumların nümayəndələri parlamentdə məlumat verərlərsə, belə hallar olmazdı. Belə halların qarşısı alınardı. Biz bilirik ki, təhlükəsizlik orqanlarında  iş adamlarını necə incidirlər.  Ordudakı casusluq məsələsi də eyni zamanda. Ona görə də təhlükəsizlik orqanlarında və orduda baş verən hadisələrlə bağlı deputatlara məlumat verilməlidir. Heç olmasa bu qurumların nümayəndələri Milli Məclisin qapalı iclaslarında və yaxud komitələrində məlumat versin”.

Deputat Qüdrət Həsənquliyev də həmkarının təklifini dəstəkləyərək deyib ki, istintaq sirri olan məsələlərdən başqa digər açıq məsələlər barədə parlament məlumatlandırılmalıdır.

Siyavuş Novruzov isə bildirib ki, bu qurumların rəhbərləri prezidentə hesabat verir: “Ona görə də indiki mərhələdə güc strukturlarının parlament qarşısında hesabatlılığını düzgün saymıram”.

Mürtəza

Gununsesi.info





loading...