Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

16 Sentyabr 2017 - 12:54

Deputatlar Parisə gedir

axar.az1394439080milli-meclis

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, Sosial komitənin iclasında iştirak edəcək.

Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, iclasda “2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.

Sevinc Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.

Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.

Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək.

Bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.

Rafael Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.

Gununsesi.info