DGK-nin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırıldı

  • By admin
  • 13 Sentyabr 2017 07:45

IMG_3200

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən təqdim edilən elektron xidmət növlərinin sayı artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən DGK tərəfindən təqdim edilən elektron xidmət növlərinin siyahısına malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi, gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi, mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi daxil edilib.

Gununsesi.info