Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

18 Avqust 2017 - 17:52

DİN-dən Naxçıvan Daxili İşlər Nazirliyində aparılan yoxlamayaMÜNASİBƏT

Daxili ishler

Avqustun 17-də Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyində (DİN) yoxlamaların aparıldığı barədə xəbər vermişdik.

Gununsesi.info olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində aparılan yoxlamalarla bağlı ətraflı məlumat almaq üçün DİN-in mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayevlə əlaqə saxladıq.

İlham Babayev yoxlamanın gedişi barədə ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü. “Proses başa catmamış yoxlamanın nəticəsi barədə məlumat verə bilmərik. Ancaq proses başa çatdıqdan sonra kütləvi informasiya vasitələrinə bu haqda məlumat verə bilərik”, – deyə İlham Babayev bildirib.

Qeyd edək ki, yoxlamaların ilkin nəticəsi zamanı ciddi maxinasiya faktları üzə çıxıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində ezamiyyət xərcləri, əməkdaşların mükafatları və digər əlavə xərclər, yanacağın silinməsi və bir sıra korrupsiya faktları aşkarlanıb. Bildirilir ki, sözügedən yoxlamalar məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Әhmәd Әhmәdov bu günlərdə hәbs olunub vә Kәngәrli rayonundakı Böyükdüz tәcridxanasına göndәrilib.

Gununsesi.info





loading...