Dindarlara şad xəbər - "ŞƏHİDLƏR" MƏSCİDİNİN FƏALİYYƏTİ BƏRPA EDİLDİ

  • By admin
  • 24 İyul 2017 10:36

sheheidlrer_mescidi

Bakıdakı “Şəhidlər” məscidi artıq fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.

Onun sözlərinə görə, məscidə artıq axund və imam da təyin olunub: “Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər”.

Qeyd edək ki, artıq bir neçə il idi ki, “Şəhidlər” məscidinin fəaliyyəti dayandırıldımışdı.

Şöbə müdiri Nərimanov rayonundakı “Cümə” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: “DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub. Hazırda o sənədlərə baxılır. İnşallah, orda icma təsis edildikdən sonra həmin məscidə QMİ tərəfindən din xadimi təyin olunacaq. Təyinatdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək”.

Gununsesi.info