“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir, PAŞAZADƏNİN SƏLAHİYYƏTLƏRİ ARTIRILIR

  • By admin
  • 24 Aprel 2017 11:16
millimeclis-2015_40
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir, yəni, mövcud qanunun müddəları yumşaldılır.
 Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM)   İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub.
 Qanuna nəzərdə tutulan dəyişiklik barəsində  məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, adıçəkilən sənədin 1-ci maddəsində mövcud olan qaydaya əsasən əcnəbilər  və vətəndaşlığı olmayan  şəxslər tərəfuindən dini təbliğatın aparılması qadağan olunurdusa,  yeni təklif olunan variantda  dini  mərkəzlər tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə  dini təbliğatın aparılması  qadağan edilir.
Digər dəyişiklik isə qanunun 21-ci maddəsinə nəzərdə tutulur. 
Belə ki, mövcud varianta görə, xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına  İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur.
Ancaq təklif olunan dəyişikliyə əsasən xaricdə dini  təhsil almış Azərbaycan vətəndaşlarına Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, İslam dininə aid ayin və mərasimlər aparmağa icazə verilə bilər.
Həmçinin, qanunun 24-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən isə “Vətəndaşların təhsil alması  üçün xarici ölkələrin dini tədris müəssisələrinə  göndərilməsi, dini tədris müəssisələri tələblərinin və müəllimlərin, habelə din xadimlərinin və mütəxəssislərin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, dini mərkəz tərəfindən həyata keçirilir”.
Müzakirələr davam edir.
 Mürtəza
 Gununsesi.info